Azərbaycanı facebookda sevən turist

sosial media bakı

Sosial media müxtəlif sektorlarda bir çox məqsədlə istifadə edilir. Bu sektorlardan biridə turizm sektorudur. Rusiya-Türkiyə münasibətləri, dolların dəyər qazanması və s. tipli hadisələr sektorda  inkişaf üçün imkanları göstərir. Qalır sadəcə xidmətin peşəkarlaşması və təbliğ.

Bu gün Azərbaycanda 2008-2016-cı illəri əhatə edən turizmin inkişafı proqramı reallaşdırılır. Dövlət Azərbaycanın reklamına, turizm infrastrukturunun inkişafına milyardlarla dollar xərcləyir. Təkcə Qusarda Şahdağ Qış Turizm Kompleksinin inşasına dövlət büdcəsinin hesabına 1,2 milyard dollardan çox pul xərclənib. Ancaq yenə də vətəndaşlar xaricdə dincəlməyə üstünlük verir. Azərbaycanlıların son beş ildə xaricdə turizm xərcləri təxminən 8 dəfə artıb.Hal-hazırda getdikləri çimərliyin, qaldıqları otelin, əyləndikləri gecə klubunun, yeyib-içdiklərini sosial medianın bütün platformalarında dəlicəsinə paylaşan istifadəçi kütləsi var olarkən, sektor nümayəndələrinin daha çoxunu etməsinə gərək var mı?!

İspaniyada xidmət göstərən və “dünyanın ilk Twitter oteli” olaraq elan edilən “Sol Wave House” bizə göstərdi ki, bəli varmış. Oteldə klassik həftə sonu şənlikləri “Twitter party” olaraq təşkil edilir, otelin içində “hashtag” şəklindəki istiqamətləndirmə tabelaları ilə gəzilir, hətta otaq xidmətindən yemək və içki sifarişinizi “mention” yolu ilə istəyirsiniz. Digər otaqlarda qalanlarla hashtag’lar vasitəsi ilə tvitləşməniz də mümkündür. Yaxşı bəs sosial mediadakı vəziyyəti necədir?

Tur şirkətlərinin internet saytları bir neçə nümunə xaricində çox pis hazırlanmış, dizaynları isə bərbatdır. Faydalı bir şəkildə istifadə etmək mümkün deyil. 100 min manatlarla tur satışı edən bu şirkətlər məzmun olaraq otellərin öz saytlarında təqdim etdikləri fotoşəkillərə möhtac olduqları üçün çox vaxt aldadıcı ola bilirlər. 🙂  Azerbaijan.travel  kimi Mədəniyyət və Turizm Nazirliyi dəstəklədiyi veb sayt daxil bir çox sayt “Mobile-friendly” deyil.turizm agentliyi

Digər tərəfdən səyahət şirkətlərinin sosial media fəaliyyətləri də çox zəifdir. Sosial media yalnız Facebook demək deyil. Halbuki sosial media paylaşım xüsusiyyəti  turizm sektoru üçün olduqca əhəmiyyətlidir. Yaradıcı videolarla və viral kliplərlə Youtube kanalı üzərindən on minlərlə insana çatmaq mümkündür. Eyni zamanda uğurlu vizuallarla Instagram və Pinterest, qısa videolarla Vine, ortaq paylaşım üçün Twitter və Facebook kimi platformalar sektorun əlindədi. Təki istifadə etməyi bilsinlər. 😉

Eynilə bir məhsul almadan əvvəl axtarış sistemləri vasitəsi ilə araşdırma etdiyimiz kimi tətilə çıxmadan əvvəl də axtarış sistemləri vasitəsilə gedəcəyimiz yer, qalacağımız otel və ucuz təyyarə biletləri üçün internetdə məlumat yığırıq. Sərnişinlərin 70 %-i tətilləri ilə əlaqədar araşdırmanı Google′dan edir. Amma hələ də bizdə SEO′nun faydası bir yana, nə olduğunu belə bilməyənlər var!

Four-Pilların Hotels tərəfindən hazırlanan infoqrafiqdə səyahət edənlərin sosial media ilə olan əlaqələri və sosial medianın turizm sektoruna faydaları izah edilir:

ABŞ’da sərnişinlərin 32 %-i səfər sırasındakı təcrübələrini paylaşır, dünya səviyyəsində isə bu nisbət 22 %-di. Səfər əsnasında sərnişinlərin 85 %-i mobil telefonlarında eşələnirlər. Ancaq telefon istifadəçilərinin yalnız 30%-i yerləşmə ″accommodation″ tətbiqlərinə sahibdir. . 29 % isə təyyarə qiymətləri ilə əlaqədar tətbiqlərdən istifadə edirlər. Araşdırmaya qatılanların 92 %ini görə, sosial mediadan aldığı məlumatlar daha etibarlı və reklam baxımından daha diqqət çəkicidir. 47 %’si də TV, jurnal və qəzet reklam vasitəsilə xəbərdar olur.

Araşdırmaya qatılanların 52 %-i Facebook′dakı yoldaşlarının paylaşdıqları tətil fotoşəkillərini görərək qərar verdiklərini söyləmişdir.

Turistlərin 33 %-i otelləri, 27%-i səfər edəcəkləri yeri və 15%-i isə razılaşdıqları hava yolları firmasını sosial media təsiri ilə dəyişdiyini qeyd edir.

Getdikləri restoran, otel kimi məkanlardan təsirlənən sərnişinlərin 40% -i bəyəndikləri məkanın təqdimatını paylaşır. Sosial mediad aktiv istifadəçisi olan səyahətçilərin 76%-i tətilləri ilə əlaqədar fotoşəkil bölüşürlər.

Sosial media turistlərin ″search″ şəklini dəyişdirərək onların turizm agenti, gediləcək yer, qalacaqları məkan haqqında etibarlı məlumatlara, daha əvvəldən bu mövzuda təcrübə sahibi şəxslər vasitəsilə çatmalarını təmin etməkdədir.

Artıq tətil olduğundan bunu səyahət etməklə dəyərləndiririrk.Adrenalin dolu mənbələr və ya tarixi yerlər axtarırıq. Bəzilərimiz isə sırf dadlı, fərqli yeyməklər yeyə bilmək üçün səyahət edirik. Bəli, turizm sənayesində kulinariya artıq öz çəkisi var. İnstagramda #food 168 milyon , #foodporn  etiketi ilə isə 76 milyon yemək şəkli paylaşılıb. ”Amerikan Culinary Traveler “ görə sektor son 10 ildə 50% böyümə yaşayıb. Bəs bizdə lokal qidalar kifayət dərəcədə tanınırmi? Hər hansı yeməklə bağlı festival və ya “event”lər keçirlirmi?!  Yoxsa gördüyümüz hər birində olan standart qiymət və etdikləri təkliflərdir?

“Şahdağ”ı keçməyən turizm təklifləri…

travel agentliyi

Hansı agentlik suyun temperaturası, mavi bayrağın olub-olmaması və s. haqda mütamadi informasiya verir?!

Sosial medianın turizmə olan faydalarını sıralasaq:

  • Marka fərqindəliyi yaratmaq  yeni kanallarla daha asanlaşıb
  • Müştərilərlə ünsiyyət qurmaq həm asan, həm də aşağı xərclə reallaşmağa başlamışdır
  • Sosial media vasitələri ilə veb sayta trafik artırmaq mümkündür
  • Sosial media vasitələri ilə hədəf kütləni təyin etmək və onların nə istədiklərini və necə hərəkət etdiklərini öyrənmək daha asan hala gəlmişdir
  • Səyahət edənlərin böyük əksəriyyəti  TripAdvisor, Google Maps kimi saytları istifadə edirlər
  • Sosial media yaradılan məzmun ilə hədəf kütləni müəyyən bir məhsul və ya xidmətə istiqamətləndirmək daha asandır.

 

Yəqin ki, turist əsksəriniz xarici ölkələrdə olmusunuz və unutmayacağınız təcrübə yaşamısınız. Bəs niyə biz ölkəmizdə bu hissləri yaşamayaq?!

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s

WordPress.com'da Blog Oluşturun.

Yukarı ↑

%d blogcu bunu beğendi: